Crocusoft olaraq kreativ və brend yönümlü vizual həllər üzərində çalışacaq Graphic Designer axtarırıq.

 

 Nə edəcəksiniz:

• Sosial media, digital kampaniyalar və çap materialları üçün vizuallar hazırlamaq;

• Brendin vizual dilinə uyğun kreativ konseptlər və dizayn həlləri yaratmaq;

• Marketinq komandası ilə birgə kampaniya ideyalarının vizual icrasında iştirak etmək;

• Reklam bannerləri, təqdimatlar, key visual-lar və digər qrafik materialları dizayn etmək;

• Mövcud dizaynların yenilənməsi və vizual keyfiyyətin davamlı inkişafı üzərində çalışmaq;

• Çap və digital materialların texniki tələblərinə uyğun fayllar hazırlamaq.

 

 Axtardığımız namizəd:

• Qrafik dizayn sahəsində minimum 2 il təcrübə;

• Güclü və real işlərdən ibarət portfolio;

• Adobe Photoshop, Illustrator və Figma proqramlarında yüksək səviyyədə işləmə bacarığı;

• AI alətləri ilə işləmək və onları dizayn prosesində effektiv istifadə etmək bacarığı;

• Təqdimat (presentation) dizaynı hazırlamaq bacarığı;

• Kompozisiya, rəng, tipoqrafiya və vizual balans hissinin güclü olması;

• Kreativ düşüncə və trendləri dizayna uyğun tətbiq etmək bacarığı;

• Detallara diqqətli, səliqəli və sürətli işləmə bacarığı;

• Verilən deadline-lara uyğun işləmək və komanda ilə effektiv kommunikasiya qurmaq bacarığı.

 

 Üstünlük sayılacaq:

• Print və outdoor materiallarla işləmə təcrübəsi;

• Brending və vizual identika layihələrində iştirak təcrübəsi.

 

 Müraciət üçün:

CV və portfolionuzu [email protected]

ünvanına, mövzu hissəsində “Graphic Designer” qeyd edərək göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.