Yaradıcılığını mətnlər vasitəsilə ifadə etməyi sevirsənsə, reklam dünyasına marağın varsa və copywriting sahəsində inkişaf etmək istəyirsənsə — bu fürsət tam sənin üçündür!

 

Azersun Holding şirkətlər qrupuna daxil olan Media Balans MMC komandası “Mətn yazarlığı üzrə təcrübəçi (copywriter)” vakansiyası üzrə öyrənməyə həvəsli, kreativ düşüncəli və dinamik namizəd axtarır.

 

 Sənin əsas öhdəliklərin:

 Sosial media paylaşımları üçün mətnlərin hazırlanması;

 Reklam, video və dizayn layihələri üçün kreativ ideya və sloqan təkliflərinin verilməsi;

 Brif əsasında müxtəlif mövzular üzrə məzmun hazırlanması;

 Kontent ideyaları üçün araşdırmalar aparılması və trend mövzuların izlənilməsi;

 Marketinq və dizayn komandası ilə koordinasiyalı işləmək.

 

 

 Tələblər:

 Marketinq, Jurnalistika, PR və ya oxşar sahələr üzrə təhsil (son kurs və ya yeni məzun);

 Azərbaycan dilində yüksək yazı və üslub bacarığı;

 Kreativ düşüncə və məzmun yaratmağa maraq;

 Araşdırma aparmaq və məlumatları effektiv şəkildə təqdim etmək bacarığı;

 Komandada işləmək və inkişaf etməyə açıq olmaq.

 

 Biz nə təklif edirik?

 Real layihələr üzərində işləmək imkanı;

 Peşəkar portfel formalaşdırmaq şansı;

 Reklam və marketinq layihələrində aktiv iştirak;

 Təcrübə müddətini uğurla başa vurduqda iş təklifi alma imkanı;

 Gənc, kreativ və dinamik iş mühiti.

 

 Nahar şirkət tərəfindən təmin edilir

Servis xidməti mövcuddur

 

 İş yeri: Bakı şəhəri

 

 Müraciət üçün: CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.

 Mövzu hissəsində “Mətn yazarlığı üzrə təcrübəçi (copywriter)” qeyd etməyiniz xahiş olunur.

 

 Güclü ideyaların və sözlərinlə fərq yaratmaq istəyirsənsə, komandamıza qoşul!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.