Vakansiya: HR Meneceri
Grand Hotel Europe komandamıza peşəkar və motivasiyalı HR Meneceri axtarır.
İş qrafiki
* Həftədə 5 iş günü
Əməkhaqqı
1700 AZN
Əsas vəzifələr
* İşə qəbul prosesinin tam idarə olunması
* Yeni əməkdaşların adaptasiya prosesinin təşkili
* İşçi münasibətlərinin idarə edilməsi
* Performansın qiymətləndirilməsi və inkişaf proseslərinin koordinasiyası
* Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinə nəzarət
* Təlim və inkişaf proqramlarının təşkili
* Şöbə rəhbərləri ilə əməkdaşlıq edərək kadr ehtiyaclarının müəyyənləşdirilməsi
* İşçi məmnuniyyəti və motivasiya proqramlarının həyata keçirilməsi
* İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi
* Ayın sonunda davamiyyət tabellərinin hazırlanaraq mühasibatlığa təqdim edilməsi
* “ƏMAS” portalında əməliyyatların aparılması (əmək müqavilələrinin bağlanması və ləğvi, əmək müqavilələrinə dəyişikliklərin edilməsi, məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi və digər kadr əməliyyatları)
Namizədə tələblər
* HR sahəsində minimum 3 il iş təcrübəsi
* Otelçilik sahəsində iş təcrübəsi mütləqdir
* Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək
* “ƏMAS” sistemi ilə işləmək bacarığı
* Güclü ünsiyyət, liderlik və təşkilatçılıq bacarıqları
* Analitik düşünmə və problem həll etmə bacarığı
* MS Office proqramlarını sərbəst bilmək
* Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək (rus dili üstünlükdür)
Müraciət
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına “HR Meneceri” başlığı ilə göndərə bilərlər.


