"Məhəmmədəli İbrahimli Təqaüd Proqramı"na 2026–2027-ci tədris ili üçün müraciətlərin qəbulu davam edir.
Təqaüd Proqramı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı tələbələrin magistratura səviyyəsində təhsilini dəstəkləmək məqsədilə təsis edilib. Proqram şəhid Məhəmmədəli İbrahimlinin Azərbaycan və azərbaycanlıların inkişafı, təhsili və parlaq gələcəyə sahib olması istiqamətindəki ideya və məqsədlərini yaşatmaq, eyni zamanda bu dəyərlərə və məqsədlərə töhfə vermək niyyətini daşıyır.
Müraciət üçün tələblər:
Azərbaycanlı olmalıdır (vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, dünya azərbaycanlıları nəzərdə tutulur)
Vişeqrad ölkələrindən (Çexiya, Slovakiya, Macarıstan, Polşa) və ya Baltikyanı ölkələrdən (Estoniya, Latviya, Litva) birində yerləşən universitetdən magistratura səviyyəsi üzrə qəbul təklifi almış olmalıdır
Artıq həmin ölkələrdən birində magistratura təhsili alanlar da müraciət edə bilər — birinci ili başa vurub ikinci il üçün müraciət edən namizədlər də qiymətləndiriləcək
Təhsil aldığı və ya alacağı sahə üzrə yüksək akademik göstəricilərə sahib olmalıdır
Müraciət üçün son tarix: 31 avqust 2026-cı il, Mərkəzi Avropa vaxtı ilə saat 23:59
lk mərhələdə müraciətçilər keçiddən daxil olmaqla müraciət formunu dolduraraq özləri haqqında lazımi məlumatları daxil etməli və sənədləri yükləməlidirlər. Forma yüklənilməsi tələb olunan sənədlərdən biri doldurulmuş MISP ərizə formasıdır. Bu formanı keçid vasitəsilə əldə edə bilərsiniz.
Əlavə sualınız olduğu halda: [email protected]