TƏBİB tabeliyində olan “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hüquqşünas vəzifəsi üzrə vakant yer elan edir

 

Mövcud iş yeri: “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs 

 

Əmək haqqı:

Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali hüquq təhsili;

Sahə üzrə 1 ildən az olmayaraq iş stajı;

Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə).

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:

 Komandada işləmə;

Analitik araşdırma;

Nəticəyönümlülük;

Məsuliyyətlilik;

İntizamlılıq;

Dəqiqlik.

İşin təsviri:

Tibb müəssisəsinə daxil olan normativ hüquqi aktların, müqavilə və digər sənədlərin hüquqi ekspertizasını aparmaq, qanunvericiliyə uyğunluğunu yoxlamaq;

Müəssisənin struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin (əmr, məktub, arayış, sorğu, akt və s.) hüquqi baxımdan ekspertizasını həyata keçirmək;

Daxili normativ sənədlərin hazırlanması, təsdiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

Qanun pozuntuları aşkar edildikdə araşdırma aparmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;

Müəssisəni məhkəmə proseslərində və dövlət orqanlarında təmsil etmək, hüquqi maraqlarını müdafiə etmək;

Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və icrası ilə bağlı məsləhətlər vermək;

Tibb müəssisəsinin struktur bölmələrinə hüquqi məsələlər üzrə rəylər təqdim etmək və yeni qəbul edilmiş aktlar barədə məlumatlandırmaq;

Vətəndaş və təşkilatlardan daxil olan müraciətlərin qanunvericiliyə uyğun şəkildə baxılmasını təmin etmək.

 

Müraciət qaydası:

CV-lər [email protected] ünvanına göndərilməlidir;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qəbələ RMX – Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur;

Vakansiyaya son müraciət tarixi: 17.09.2025.

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.