TƏBİB tabeliyində olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakant yer elan edir.

 

 Mövcud iş yeri: “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs

 

Əmək haqqı:

Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali tibb təhsili;

Sahə üzrə 3 il iş təcrübəsi;

Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə).

 

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:

Komandada işləmə;

Məsuliyyətlilik;

Nəticəyönümlülük;

Təşkilatçılıq;

İntizamlılıq.

 

İşin təsviri: 

TƏBİB-in Keyfiyyətin İdarə Olunması Şöbəsi ilə koordinasiyalı şəkildə təsdiq edilmiş keyfiyyət standartlarının tətbiqini təmin etmək;

TƏBİB-dən daxil olan sənədlər əsasında tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartlarına dair sənədləri hazırlamaq, ehtiyac olduqda yeniləmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;

Təsdiq olunmuş standartlar əsasında müəssisə rəhbəri ilə birlikdə şöbələr üzrə hədəfləri müəyyən edib iş planı hazırlamaq;

TƏBİB tərəfindən keyfiyyətin idarə olunmasına dair göndərilən sənədləri aidiyyəti şöbələrə çatdırmaq və qeydiyyatını aparmaq;

Keyfiyyətin idarə edilməsi ilə bağlı təlim planı hazırlamaq, təlimləri təşkil edib qeydiyyatını aparmaq;

Keyfiyyət standartlarının tətbiqində yaranan problemlərlə bağlı maraqlı tərəflərin iştirakı ilə iclaslar keçirmək və protokollaşdırmaq;

İnfeksiyaların profilaktikası və nəzarət üzrə komitələrin hesabatlarını toplamaq, təhlil etmək və keyfiyyət üzrə hesabatlara daxil etmək;

Arzuolunmaz hadisələrin qeydiyyatı və protokollaşdırılmasını təşkil etmək, korreksiyaedici və preventiv tədbirlərin icrasına nəzarət etmək;

Keyfiyyət standartlarının tətbiqi üzrə dövri hesabatları qiymətləndirmə meyarlarına uyğun hazırlayıb TƏBİB-ə təqdim etmək;

Hesabatların nəticələrini müzakirə etmək üçün rəhbərlik və maraqlı tərəflərlə iclaslar təşkil edib protokollaşdırmaq.

 

Müraciət qaydası:

 CV [email protected] ünvanına göndərilməlidir;

Mövzu sətrində “Salyan RMX – Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis” qeyd olunmalıdır;

CV-lər 17 Sentyabr 2025-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.