Qarabağ Universiteti 2026-2027-ci tədris ili üçün “Hüquq tarixi”, “Konstitusiya hüququ”, “Müqavilə hüququ”, “Hüquqi yazı”, “Hüquq nəzəriyyəsi”, “Hüquq və hüquq sisteminin əsasları”, “Mülki-prosessual hüquq”, “İnzibati-prosessual hüquq”, “Avropa İttifaqı hüququ”, “Kommersiya hüququ”, “Beynəlxalq xüsusi hüquq”, “Beynəlxalq hüquq”, “Biznes hüququ”, “Turizm hüququ”, “Hüquq və ictimai münasibətlər”, “Beynəlxalq ticarət hüququ” istiqamətləri üzrə müəllim vakansiyalarına işə qəbul elan edir.

 

İşin təsviri:

• Dərs yükünə uyğun fənlərin tədrisi;

• Fənn sillabuslarının hazırlanması;

• Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;

• Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;

• Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;

• Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.

Tələblər:

• Hüquq sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura təhsili və ya elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);

• Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları

üçün müvafiq tələb istisna edilə bilər);

• Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq məcəllələr üzrə dərin biliklərə malik olmaq;

• Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları barədə məlumatlılıq;

• Tədqiqat bacarığı;

• Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;

• İngilis dili üzrə minimum C1 səviyyəsi;

• Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;

• Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;

• Yüksək kommunikasiya bacarığı;

• Liderlik və idarəetmə bacarıqları.

Qeyd: Hüquq tarixi, Hüquq və hüquq sisteminin əsasları, Hüquq nəzəriyyəsi, Konstitusiya hüququ, Biznes hüququ,

Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq fənlərinin tədrisi üçün ingilis dili biliyi mütləqdir.

Tələb olunan sənədlər:

1. CV (ingilis dilində);

2. Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;

3. Dərc olunmuş elmiməqalələrin siyahısı(əgərvarsa);

4. Motivasiya məktubu (maksimum 500 söz).

Təklif etdiyimiz üstünlüklər:

Rəqabətədavamlı əməkhaqqı

Elmi-tədqiqat mühiti

Xankəndidə mənzillə təminat

Akademik inkişaf imkanları

 Ekoloji təmiz və yaşıl şəhər

 

Qeyd 1: Məktubunmövzu hissəsindəmüraciət olunan vakansiyanın adının (nümunə: Hüquq tarixi istiqaməti üzrə

müəllim) qeyd edilməsi vacibdir.

Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

Müraciət üçün son tarix: 4 aprel

Elektron poçt ünvanı: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.