Araz Supermarket MMC Hüquq Departamentinə təcrübəli korporativ hüquqşünas axtarılır
Vəzifə öhdəlikləri:
• Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və danışıqlarda iştirak;
• Notarial qaydada təsdiq olunan əqdlərin (alğı-satqı, etibarnamə, təsis sənədləri və s.) hazırlanması və rəsmiləşdirilməsi;
• İpoteka, girov və digər təminat müqavilələrinin hazırlanması və qeydiyyat prosesinin hüquqi müşayiəti;
• Daşınmaz əmlak əməliyyatlarının hüquqi yoxlanılması və risk analizinin aparılması;
• Hüquqi risklərin müəyyən edilməsi və yazılı hüquqi rəylərin hazırlanması;
• Struktur bölmələr üçün hüquqi məsləhətlərin verilməsi və qərarların hüquqi əsaslandırılması;
• Şirkətdaxili qayda və prosedurların hazırlanması, yenilənməsi və hüquqi ekspertizası;
• Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi, təhlili və rəhbərliyə məlumat verilməsi;
• Dövlət orqanları, notariat və digər qurumlarla rəsmi yazışmaların aparılması;
• Rəhbərliyə təqdim olunan hüquqi hesabatların və təqdimatların hazırlanması.
Tələblər:
• Hüquq üzrə ali təhsil;
• Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının mülki, korporativ və əmlak qanunvericiliyini yaxşı səviyyədə bilmək;
• Hüquqi sənədlərin strukturlaşdırılmış və əsaslandırılmış formada hazırlanması bacarığı;
• MS Word, Excel və PowerPoint proqramlarında işləmək bacarığı;
• İngilis və rus dillərini ən azı oxuyub-anlama səviyyəsində bilmək (arzuolunandır).
Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.