"XALQ SIĞORTA" ASC-də İnsan Resursları əməliyyatları üzrə mütəxəssis axtarılır.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

 

 Ali təhsil;

·      Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

·      Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyədə bilməli;

·      1 C 8.2 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;

·      Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word-əla, Excel-yüksək); 

·      Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.

·      Sərbəst araşdırma qabiliyyəti, diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.

 

Vəzifə öhdəlikləri:

·      AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması; 

İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;

İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;

·      Aylıq tabel uçotunun aparılması;

·      Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;

Struktur və vəzifə dəyişiklikləri, rotasiya və digər HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı;

Arayışların hazırlanması və qeydiyyatın aparılması;

 

İş şərtləri:

 ·     İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

 ·    Əmək haqqı: Razılaşma yolu ilə

 ·     İş yeri: Bakı şəhəri 

 ·     İmtiyazlar: Könüllü tibbi sığorta

 ·     Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

 Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları əməliyyatları üzrə mütəxəssis) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.