Vakansiya: Call-Center Operatoru / Müştəri Xidmətləri üzrə Mütəxəssis
Ünsiyyət qurmağı sevirsiniz və müştərilərə yüksək səviyyəli xidmət göstərməkdən zövq alırsınız?
Komandamıza diqqətli, məsuliyyətli və müştəri yönümlü mütəxəssis axtarırıq.
Əsas vəzifələr
Telefon və sosial şəbəkələr (Instagram, TikTok, Facebook, Telegram, WhatsApp) vasitəsilə daxil olan müştəri sorğularını cavablandırmaq Sosial mediada şərhlərə və şəxsi mesajlara operativ və peşəkar cavab vermək
Müştərilərə məhsullar, xidmətlər, kampaniyalar, ödəniş və çatdırılma şərtləri barədə məlumat vermək
Müştəri müraciətləri və şikayətləri ilə işləmək, həll yolları tapmaq
Əlavə satışlar (upsell / cross-sell) təklif edərək satış həcmini artırmaq
Sifarişlərin qəbulu və müştərinin alış prosesini sona qədər müşayiət etmək
Müştəri bazasını idarə etmək və bütün müraciətləri CRM sistemində qeyd etmək Müştərilərdən alınan rəyləri müvafiq şöbələrə ötürərək xidmət keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaq
Namizədə tələblər
Azərbaycan və rus dillərində səlis şifahi və yazılı ünsiyyət (ingilis dili üstünlükdür)
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Müştərilərlə ünsiyyət və biznes yazışmaları üzrə bacarıqlar
Sosial şəbəkələrlə işləmə təcrübəsi (Instagram, TikTok, Facebook, Telegram, WhatsApp)
Kommunikativ, məsuliyyətli və stresə davamlı olmaq
Mübahisəli və konfliktli vəziyyətləri idarə etmək bacarığı
Kompüter və ofis proqramlarında sərbəst işləmək
Detallara diqqət və çoxfunksiyalı iş rejimində effektiv işləmək
İş şərtləri
AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00–18:00
Əmək haqqı: 800 AZN (NET)
Müraciət etmək üçün:
CV-nizi mövzu hissəsində vakansiyanın adını qeyd edərək [email protected] elektron ünvanına göndərin.
Müştəri məmnuniyyətini prioritet sayan və inkişaf etmək istəyən peşəkarları komandamızda görməkdən məmnun olarıq!