TƏBİB tabeliyində olan “Respublika Dəri-Zöhrəvi Mərkəzi” publik hüquqi şəxsin İnsan resursları şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir:
Mövcud iş yeri:
▪️ Respublika Dəri-Zöhrəvi Mərkəzi
Əmək haqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
▪️ Ali təhsil (İdarəetmə və Humanitar sahələrə üstünlük veriləcəkdir);
▪️ Sahə üzrə 5 il iş təcrübəsi;
▪️ Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
▪️ Qanunvericilik üzrə biliklər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əmək qanunvericiliyi normativ hüquqi aktlar;
- İşçilərin ezamiyyə Qaydaları;
- Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə;
- Bütün sahələr üçün Vahid Tarif-İxtisas Sorğu Kitabçaları haqqında məlumat;
- “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu;
- TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyin ödənilməsi Qaydası;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”.
İşin təsviri:
▪️ Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qayda və prosedurların hazırlanması və icrasına nəzarət edilməsi;
▪️ İşçilərin əmək və intizam qaydalarına riayət olunmasına nəzarət;
▪️ Həvəsləndirmə və intizam tədbirləri üçün rəhbərliyə təkliflərin verilməsi;
▪️ İşə qəbul, yerdəyişmə, işdən azad edilmə və digər əmək hüquq və vəzifələrinin vaxtında rəsmiləşdirilməsinin təmin edilməsi;
▪️ ƏMAS portalına məlumatların daxil edilməsinin və yenilənməsinin təmin edilməsi;
▪️ İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin qeydiyyat, saxlanma və məxfi məlumatların qorunmasının təmin edilməsi;
▪️ İnsan resursları üzrə elektron məlumat bazasının idarə edilməsi;
▪️ Əmək haqqı, bonus, mükafat, maddi yardım, ezamiyyə və məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti struktur bölməyə təqdim edilməsinin təmin edilməsi;
▪️ Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitar-gigiyenik tələblərə riayət olunmasına nəzarət;
▪️ Təlimatların hazırlanması, təlimlərin təşkili və biliklərin yoxlanılmasına nəzarət;
▪️ Bədbəxt hadisələrin təhlili və uçotunun aparılması, iş yerlərinin attestasiyası və texniki sahələrə nəzarətin təmin edilməsi.
Müraciət qaydası:
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “Respublika Dəri-Zöhrəvi Mərkəzi – İnsan resursları şöbəsinin müdiri” qeyd olunmalıdır;
CV-lər 20 fevral 2026-cı il tarixinə qədər göndərilməlidir.