Qeydiyyatçı (Resepsionist)

Müəssisə:  XƏYAL ADASI MMC

Vakansiya: Qeydiyyatçı (Resepsionist)

 

Tələblər:

Orta vəya ali təhsilli olmalı;

Aidiyyatı sahə üzrə minimum 1-2 illik iş təcrübəsi olmalı;

Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir. 

 

İş haqqında məlumat: 

Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi;

Onlayn və telefon rezervasiyalarının idarə edilməsi;

Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması;

Lazımi sənəd və məlumatları  qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi);

Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi;

Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi;

Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək; 

Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması;

Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı;

Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi;

Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi;

Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;

Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

 Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz.

Email-in mövzu hissəsində “Qeydiyyatçı (Resepsionist)” qeyd etməyiniz xahiş olunur.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.