İnsan Resursları üzrə Aparıcı / Baş Mütəxəssis vakansiyası
İnsan resursları sahəsində təcrübəli, sənədləşdirmə və HR proseslərini peşəkar şəkildə idarə edə bilən xanım əməkdaş axtarırıq. Aşağıdakı öhdəliklər sənin üçün uyğundursa, komandamıza qoşulmağa məmnun olarıq.
Vəzifə öhdəlikləri:
• Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə işin koordinasiyası və hesabatların vaxtında təqdim edilməsi
• Əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam proseslərinin icrası
• Struktur və vəzifə dəyişiklikləri, rotasiya və vəzifə artımı kimi HR əməliyyatlarının sənədləşdirilməsi
• İşçilərin şəxsi işlərinin (Personal File) düzgün formalaşdırılması və arxivləşdirilməsi
• HR məlumat bazasının yaradılması və daim aktual saxlanılması
• Davamiyyətə nəzarət, gecikmə və məzuniyyətlərlə bağlı hesabatların hazırlanması
• Məzuniyyət qrafikinin tərtibi və istifadəsinə nəzarət
• Rəhbərlik tərəfindən verilən HR tapşırıqlarının icrası
Namizəddən tələblər:
• Ali təhsil
• İnsan resursları sahəsində minimum 3+ il iş təcrübəsi
• AR Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə yüksək bilik
• E-gov portalları (ƏMAS, DMA və s.) ilə işləmə bacarığı
• Dəqiqlik, analitik düşüncə və sənədləşdirmə bacarığı
• Komanda ilə işləmə mədəniyyəti və yaxşı kommunikasiya
İş şəraiti:
• İş qrafiki: 09:00 – 18:00
• 5 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən təmin olunur
• Ünvan: Bakıxanov qəs., B. Bünyadov küç. 12
• Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə Aparıcı və ya Baş Mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.