Vakansiya: Nəzarətçi
Şirkət: Radius Təkər Mərkəzi
Əmək haqqı: 1000 – 1500 AZN
İş qrafiki: 6 iş günü — 09:00–18:00
Nahar: Şirkət tərəfindən təmin edilir
Vəzifə öhdəlikləri:
Xadimələrin işinə, təmizlik və səliqə standartlarına nəzarət etmək
Ketrinq xidmətlərinin vaxtında və düzgün şəkildə təşkilini izləmək
Qonaqların qarşılanmasına, yerləşdirilməsinə və xidmət keyfiyyətinə nəzarət
İşçilərin işə vaxtında gəlmələrini, intizam və davranış qaydalarına əməl etmələrini təmin etmək
Ofis və obyekt daxilində təhlükəsizlik və nizam-intizamın qorunmasına nəzarət
Fövqəladə hallarda düzgün qərar vermək, prosedurlara uyğun hərəkət etmək
Kamera və təhlükəsizlik sistemlərinin monitorinqi
Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər:
Təhlükəsizlik meneceri, nəzarətçi və ya bənzər sahədə 3–5 il iş təcrübəsi
Rus dili – ana dili səviyyəsində
Hündürboy, xarici görünüşünə diqqət edən, nizam-intizamlı
Məsuliyyətli, diqqətli, operativ və çevik
Yüksək kommunikasiya bacarıqları və komanda ilə işləmək qabiliyyəti
Problemləri vaxtında aşkar edib həll etmə bacarığı
Şirkət təklif edir:
Stabil əmək haqqı (1000–1500 AZN)
Rəsmi əmək müqaviləsi
Rahat və peşəkar iş mühiti
Nahar və digər sosial imkanlar
Ünvan: Babek pr.,Məşədi Hilal 8.,City park mall ilə üzbə-üz
Müraciət:
Yalnız tələblərə cavab verən namizədlər CV-lərini “Nəzarətçi” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.