İnsan Resursları üzrə Kiçik Mütəxəssis (Tam Ştat)
Cinici Mağazalar Şəbəkəsi İnsan Resursları komandasını genişləndirir!
İnsan Resursları sahəsində karyeranızı inkişaf etdirmək, peşəkar komandada çalışmaq və müasir HR proseslərinin bir hissəsi olmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik.
Əsas vəzifə öhdəlikləri
* İşə qəbul prosesinin tam dövrü üzrə fəaliyyətin həyata keçirilməsində iştirak;
* Vakansiyaların yerləşdirilməsi və namizədlərin cəlb olunması;
* Daxil olan CV-lərin təhlili, uyğun namizədlərin seçilməsi və ilkin müsahibələrin təşkili;
* Namizədlərlə davamlı və peşəkar kommunikasiya qurulması;
* Müsahibələrin koordinasiyası və nəticələrin izlənilməsi;
* Yeni əməkdaşların işə qəbul sənədlərinin hazırlanmasına dəstək göstərilməsi;
* Əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkilində iştirak;
* İşçi məlumat bazasının və HR sənədlərinin dəqiq şəkildə idarə olunması;
* HR hesabatlarının hazırlanmasına və digər HR layihələrinin icrasına dəstək göstərilməsi;
* Şirkətin daxili prosedur və qaydalarına uyğun HR əməliyyatlarının həyata keçirilməsi.
Namizədə tələblər
* İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil;
* İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi;
* Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə baza bilikləri;
* MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
* Analitik düşüncə, yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma;
* Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
* Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı;
* Rus və/və ya ingilis dili biliyi üstünlük hesab olunur.
Biz nə təklif edirik?
* Rəsmi əmək müqaviləsi ilə tam ştat iş;
* Rəqabətqabiliyyətli əmək haqqı;
* Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
* Təlim və inkişaf proqramlarında iştirak imkanı;
* Dəstəkçi və dinamik komanda mühiti;
* Müasir HR sistemləri ilə işləmək və praktiki təcrübə qazanmaq imkanı.
Əgər bu vakansiyanın tələblərinə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi “HR Kiçik Mütəxəssis” mövzu başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.


