Bakı Metropoliteni QSC peşəkar komandasına qoşulmaq üçün SƏTƏM departamentinin Ətraf mühitin mühafizəsi şöbəsinə mütəxəssis axtarır! 

 

Namizəd müəssisədə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik tələblərinin tətbiqi, ekoloji monitorinqlərin aparılması, sahələrdə ətraf mühitin mühafizəsi norma və qaydalara uyğunluğun yoxlanılması və pozuntu hallarının aradan qaldırılmasına nəzarət, normativ sənədlərin hazırlanması və ekoloji risklərin idarə olunması istiqamətində fəaliyyət göstərəcək.

 

Sizi hansı öhdəliklər gözləyir?

• Müəssisədə ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin, norma və qaydaların icrasına nəzarət;

• Ətraf mühitin mühafizəsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;

• Atmosferə emissiyalar, tullantılar, su və torpaq mühafizəsi üzrə monitorinqlərin aparılması;

• Tullantıların idarə olunması, utilizasiyası və təkrar emalı proseslərinə nəzarət;

• Ekoloji uyğunsuzluqların və risklərin müəyyən olunması, araşdırılması və hesabatların hazırlanması;

• Ekoloji aspektlərin müəyyənləşdirilməsi və risk qiymətləndirilməsi;

• Daxili auditlərdə, planlı və qəfil yoxlamalarda iştirak; 

• Sahələrdə ətraf mühitin mühafizəsinə nəzarət; 

• Ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə normativ sənədlərin, təlimatların və prosedurların hazırlanması.

 

Namizədlərdən tələblər

• Ali təhsil (Ekologiya, ətraf mühit mühəndisliyi, kimya, biologiya və ya əlaqəli sahələr üzrə);

• Ətraf mühitin mühafizəsi və ya ekoloji təhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;

• Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi üzrə biliklər;

• ISO 14001:2015 standartı üzrə bilik və təcrübə;

• Ekoloji monitorinq, hesabatlılıq və sənədləşmə sahəsində iş təcrübəsi;

• Analitik düşünmə və problem həll etmə bacarığı;

Reklam

• MS Office proqramlarında işləmək bacarığı;

• Azərbaycan dili – sərbəst, İngilis və Rus dili bilikləri üstünlükdür;

• Komandada işləmək, koordinasiya və təşkilatçılıq bacarığı;

• Məsuliyyətlilik, detallara diqqət və operativlik;

• Stressə davamlılıq və vaxtın effektiv idarə olunması bacarığı.

 

Metropoliten Sizə nə təklif edir?

 Sabit və etibarlı iş mühiti;

 Peşəkar komandada inkişaf və karyera imkanları;

 Metropolitendən ödənişsiz istifadə;

 Güzəştli nahar təminatı;

 “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;

 Psixoloji dəstək xidməti.

 

Müraciət üçün

 Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə vakansiyaya müraciət edə bilərsiniz.

 

 Son tarix: 24 iyul 2026-cı il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.