“Azera Holdingin” daxilində fəaliyyət göstərən “Baku Medical Plaza” Mərkəz filialına İnsan resursları üzrə kiçik mütəxəssis axtarılır
Əsas vəzifə öhdəlikləri:
İşə qəbul prosesinin tam dövrü üzrə fəaliyyətin həyata keçirilməsində iştirak etmək;
Vakansiyaların yerləşdirilməsi və namizədlərin cəlb olunması;
Daxil olan CV-lərin ilkin qiymətləndirilməsi, uyğun namizədlərin seçilməsi və ilkin müsahibələrin təşkili;
Namizədlərlə davamlı və peşəkar kommunikasiyanın qurulması;
Müsahibələrin koordinasiyası və nəticələrin izlənilməsi;
Yeni əməkdaşların işə qəbul sənədlərinin hazırlanmasına dəstək göstərilməsi;
Əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkilində iştirak etmək;
İşçi məlumat bazasının və HR sənədlərinin dəqiq şəkildə idarə olunması;
Əmək haqqı hesablamalarının hazırlanması və digər HR fəaliyyətlərinin icrasında dəstək göstərilməsi;
Şirkətin daxili prosedur və qaydalarına uyğun HR əməliyyatlarının həyata keçirilməsi.
Namizədə tələblər:
Ali təhsil;
İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
HR sahəsində əlavə təlim və sertifikatların olması üstünlükdür;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Güclü ünsiyyət və kommunikasiya bacarıqları;
Komandada işləmək bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
İş şəraiti
Əmək haqqı: 600 AZN
Həftə içi 6 gün (6-cı gün qısaldılmış)
Müraciət etmək üçün: [email protected]