İnsan Resursları üzrə köməkçi vakansiyası
Ünvan: Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi
Şirkət: Kingsmart Baş Ofis
Kingsmart supermarket şəbəkəsi olaraq dinamik və inkişaf edən komandamıza İR sahəsində dəstək verəcək İR üzrə köməkçi axtarırıq.
Vəzifə öhdəlikləri:
• İşçi sənədləşməsinin aparılması və arxivləşdirilməsi
• İşə qəbul prosesinə dəstək (CV-lərin seçilməsi, müsahibələrin təşkil olunması)
• İşçilərin davamiyyətinə nəzarət
• Əmək haqqı hesablamalarına dəstək
• HR üzrə gündəlik inzibati işlərin görülməsi
• Rəhbərliyə hesabatların hazırlanması
Tələblər:
• HR sahəsində minimum 1 il təcrübə
• MS Office (xüsusilə Excel) bilikləri
• Məsuliyyətli, diqqətli və operativ olmaq
• Komanda ilə işləmə bacarığı
• Supermarket sistemində təcrübə üstünlükdür
Müraciət üçün: CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.