Kiçik Qrafik & Motion Dizayner vakansiyası
"Vugma Hospitality & Xurcun Chain of Boutiques" premium brendlərin vizual dünyasını bizimlə birlikdə rəngləndirəcək, dinamik və kreativ komanda yoldaşı axtarır!
Vəzifə öhdəlikləri:
Şirkətin daxili brendinqi və PR tədbirləri üçün bütün çap materiallarının (loqo, menyu, bilbord, plakat, flayer, kataloq və s.) brendbuka uyğun hazırlanması;
Sosial media və rəqəmsal platformalar üçün statik bannerlərin və animasiyalı (motion) kontentlərin yaradılması;
Marketinq komandası ilə birlikdə vizual konseptlərin hazırlanması və layihələrin təyin olunmuş vaxtda (deadline) təhvil verilməsi.
Dünya dizayn trendlərinin izlənilməsi və onların gündəlik kreativ işlərdə tətbiq edilməsi;
Tələblər:
Yaş: 23 – 30 yaş;
Təcrübə: Sahə üzrə 1-2 il iş təcrübəsi (HoReCa / Hospitality təcrübəsi olanlara üstünlük verilir);
Adobe Illustrator, Photoshop, InDesign, After Effects, Canva, Figma və CorelDraw proqramlarında işləmək bacarığı arzuolunandır (namizədin bu proqramların əksəriyyəti ilə tanış olması və yaxşı səviyyədə bilməsi üstünlükdür)
Portfolio: Təqdim etmək mütləqdir.
İş şərtləri:
5 günlük iş həftəsi;
Ağ Şəhər (Ofis daxili) ;
Təcrübəyə və bilik səviyyəsinə uyğun rəqabətli əmək haqqı (müsahibə əsasında təyin olunur);
Maraqlanan namizədlərdən öz CV-lərini və Portfoliolarını (və ya linkini) [email protected] ünvanına "Kiçik Qrafik & Motion Dizayner" qeyd edərək göndərmələri xahiş olunur.