Şöbə: İnsan Resursları 

Ünvan: Bakı Şəhəri 

Vəzifə Öhdəlikləri:

  • İşçilərin ixtisas və peşəkarlıq səviyyəsinin artırılması üzrə tədbirlər həyata keçirmək;
  • Həmkarlarla sağlam əmək münasibətlərini qorumaq, əmək bərabərliyi prinsiplərinə riayət etmək;
  • Müəssisənin ehtiyaclarına uyğun olaraq şöbədə baş verən dəyişikliklərə çevik reaksiya vermək;
  • Verilən tapşırıqlara uyğun şəkildə əlavə vəzifələri icra etmək, lazım gəldikdə digər şöbələrə dəstək vermək və biznes ehtiyaclarına uyğun hərəkət etmək;
  • İşə qəbul prosesini idarə etmək, seçim mərhələlərinə nəzarət etmək və proses boyu müvafiq şöbə rəhbərləri ilə əməkdaşlıq etmək.
  • İşçilərin qanunvericilik və şirkət tələblərinə uyğun sənədlərini qəbul etmək və qeydiyyata almaq;
  • Müəssisənin strukturunu formalaşdırmaq, daxili dəyişikliklər olduqda mütəmadi yeniləmək;
  • ƏMAS və ERP sistemlərinə tələb olunan məlumatları düzgün şəkildə daxil etmək;
  • İnsan Resursları Əməliyyatları şöbəsinin fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi və müvafiq dəstəyin göstərilməsi;
  • Şirkət əməkdaşlarının davamiyyət cədvəllərinin və əməkhaqqı sənədlərinin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və mütəmadi olaraq yenilənməsi prosesinə nəzarət edilməsi;
  • Əməkdaşların illik məzuniyyətlərinin planlaşdırılması, növbəlilik cədvəllərinin tərtib olunması və onların icrasına nəzarət edilməsi;
  • Əməkdaşlarla bağlı yaranan nizam-intizam məsələlərinin idarə olunması, müvafiq tədbirlərin görülməsi və zəruri sənədlərin hazırlanaraq təqdim edilməsi;
  • Kargüzarlıq işlərinin təhlili və effektiv idarə olunması;
  • İllik büdcə planlamasının hazırlanması və idarə olunması;
  • İnsan resurslarının idarə edilməsi ilə bağlı analitik təhlillərin aparılması və rəhbərliyə əsaslandırılmış təkliflərin təqdim edilməsi;
  • KPI qiymətləndirmə sistemlərinin tətbiqi və idarə olunması;
  • Əməkdaşların fəaliyyətinə əsasən mükafatlandırma sistemlərinin formalaşdırılması və idarə edilməsi;
  • Qiymətləndirmə meyarlarına uyğun olaraq vəzifələrin dəyərləndirilməsi və dərəcələrinin müəyyən edilməsi;
  • Əməkdaşların motivasiyasını və peşəkar inkişafını dəstəkləyən layihə və tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Korporativ mədəniyyət və dəyərlərin təşviqinə yönəlik tədbirlərin planlaşdırılması və icrası;
  • İş-həyat balansını, karyera inkişafını və ümumi işçi məmnunluğunu artıracaq təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Karyera planlaması
  • Performans dəyərləndirməsi
  • İnsan resursları fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi. 

 

Tələblər:

  • Ali təhsil;
  • Aidiyyatı sahə üzrə minimum 5 il təcrübə (3 il rəhbər vəzifə üzrə);
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri; 
  • MS Ofis proqramları üzrə yaxşı biliyə sahib olmaq;
  • ERP proqram təcrübəsi;
  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya İngilis dili biliyinin olması arzuolunandır
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • İdarəçilik və təşkilatçılıq bacarıqları;
  • Araşdırma,qərar vermə və təqdimat bacarıqları;
  • Agentlik təcrübəsi arzuolunandır
  • Yüksək səviyədə kadr seçimi
  • Tapşırıqları vaxtında yerinə yetirmək vərdişi
  • Müxtəlif formatlarda (Excel, Word, PowerPoint və s.) hesabat hazırlama təcrübəsi yüksək səviyyədə olmaldır

 

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik;
  • İntizamlılıq;
  • Yüksək kommunikasiya;
  • Yenilikçi və proaktiv yanaşma;
  • Komanda işi;
  • Keyfiyyət yönümlülük;
  • Məqsəd yönümlülük;
  • Nəticə yönümlülük;
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək;

 

İş Şəraiti və Əmək Haqqı:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Sabit Əmək Haqqı:  2000-2700 Azn + (KPI əsaslı bonus və faizlər)
  • Korporativ nömrə və danışıq paketi;
  • Azərbaycan Respublikası əmək qanunverciliyinə uyğun iş şəraiti və qrafiki

Müraciət forması:

Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

CV göndərərkən, mövzu yerində “İnsan Resursları üzrə Menecer”  qeyd edin. Vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.