Şirkət: ‘’AzəriMed’’ MMC
Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis
AzəriMed MMC komandası peşəkar və inkişafyönümlü İnsan Resursları üzrə Mütəxəssis axtarır.
Namizədə tələblər:
• Ali təhsil;
• İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək;
• Kadr sənədləşməsi və HR prosesləri üzrə təcrübə;
• MS Office, 1C, ISB, ƏMAS və Elektron Hökumət sistemləri ilə işləmək bacarığı;
• Analitik düşünmə və effektiv ünsiyyət bacarığı;
• Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.
Vəzifə öhdəlikləri:
• Əmək qanunları və standartlarını tətbiq etmək, işçi və işəgötürən arasında müqavilələrin qanunvericiliyə uyğun olmasını təmin etmək;
• İşçilərlə əmək müqavilələrinin hazırlanması, yenilənməsi və sonlandırılması proseslərini idarə etmək;
• İşçinin əmək haqqı və işə davamiyyət qeydlərində lazımi düzəlişlərin edilməsi;
• Rəsmi əmrlərin (məzuniyyət, ezamiyyət, təyinat və s.) hazırlanması, təsdiqlənməsi və imzalanması;
• Məzuniyyət dövrlərini müvafiq sistemlərdə qeydiyyata almaq;
• Portalda aparılan bütün əməliyyatların dəqiq və qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsi;
• Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və bu məlumatların iş prosedurlarına və siyasətlərinə inteqrasiyası.
İş şəraiti:
• İş qrafiki: 08:30 – 17:30 (B.e. – Cümə)
• Əmək haqqı: 700 – 1160 AZN
• İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.