Bakı Metropoliteni Təsərrüfat qatarının maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir.
Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Proqramı uğurla başa vuran namizədlər işçilərin və təsərrüfat yüklərinin yalnız gecə növbəsində daşınmasını həyata keçirən təsərrüfat qatarının təhlükəsiz və düzgün idarə olunmasını, texniki təlimatlara riayət edilməsini təmin edərək maşinist kimi fəaliyyət göstərəcəklər.
Proqram sizə nə qazandıracaq?
4 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim;
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi;
Təcrübə dövründə minimum aylıq əmək haqqı;
Təcrübənin sonunda davamlı işə qəbul imkanı;
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı.
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq, yaşı 22-35 arası olan gəncləri;
Ali texniki, orta texniki və ilk peşə ixtisaslı şəxsləri;
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Seçim prosesi necə aparılır?
İxtisas üzrə test imtahanı;
Ətraflı müsahibə;
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər.
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə;
Nahar (güzəştli).
Müraciət üçün
Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 12 iyul 2026-cı il