Karyerasını dövlət sektorunda inkişaf etdirmək, insan resursları sahəsində peşəkar bilik və bacarıqlarını daha da təkmilləşdirmək istəyən, yüksək daxili motivasiyaya malik, proaktiv və inkişafyönümlü namizədləri Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birində İnsan resursları üzrə mütəxəssis vəzifəsinə müraciət etməyə dəvət edirik.
Vəzifə öhdəlikləri:
· Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq insan resursları üzrə bütün növ əməliyyatların həyata keçirilməsi;
· ƏMAS sistemi üzərindən işə qəbul, əmək müqavilələrində dəyişikliklər, məzuniyyətlər, xitam və digər insan resursları əməliyyatlarının icra edilməsi;
· İşçilərin davamiyyət tabellərinin və iş qrafiklərinin hazırlanması, toplanması və uçotunun aparılması;
· İnsan resursları üzrə müxtəlif hesabatların hazırlanması və təqdim edilməsi;
· Excel proqramı vasitəsilə İR göstəricilərinin təhlili və məlumatların sistemləşdirilməsi;
· Kadr sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsi;
· Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələblər:
· Ali təhsil;
· İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
· Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
· ƏMAS sistemi ilə sərbəst işləmək və bütün İR əməliyyatlarını icra etmək bacarığı;
· Microsoft Office proqramlarında sərbəst işləmək və müxtəlif növ İR hesabatlarını hazırlamaq bacarığı;
· Müasir insan resursları trendləri və yanaşmaları barədə biliklərin olması;
· Analitik düşünmə və məlumatların sistemləşdirilməsi bacarığı;
· Güclü yazılı və şifahi kommunikasiya bacarıqları;
· Komanda ilə işləmək və yüksək təşkilatçılıq qabiliyyəti.
Üstünlük veriləcək:
· Elektron sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi;
· Dövlət sektorunda və ya dövlətə bağlı qurumlarda iş təcrübəsi.
Son müraciət tarixi: 07.07.2026
İş qrafiki: 5 günlük (09:00–18:00)
Müraciət:
CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifə üçün nəzərdə tutulub. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.