Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Online satış və telemarketinq mütəxəssisi vakansiyası elan edir

 

Vəzifə öhdəlikləri:

- Potensial və mövcud müştərilərlə telefon vasitəsilə əlaqə saxlamaq;

- Şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat vermək;

- Satış yönümlü zənglər həyata keçirmək və müştəri bazasını genişləndirmək;

- WhatsApp, Instagram və digər kanallar üzərindən daxil olan müraciətlərlə işləmək

- Canlı yayımlar vasitəsilə şirkətin məhsullarının müştərilərə təqdim edilməsi

- Müştərilərin suallarını cavablandırmaq, ehtiyaclarını müəyyən etmək və uyğun təkliflər təqdim etmək;

- Zənglərin nəticələrini sistemdə qeyd etmək və hesabatları hazırlamaq;

- Müştəri məmnuniyyətinin təmin olunmasına və satış hədəflərinin yerinə yetirilməsinə dəstək olmaq.

 

Tələblər:

- Xanım namizəd;

- Satış və ya telemarketinq sahəsində ən azı 1 il təcrübə;

- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dili biliyi üstünlükdür);

- Güclü ünsiyyət və təqdimat bacarıqları;

- Sosial media platformaları ilə işləmək bacarığı;

- Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq;

- Müştərilərlə danışma qabiliyyəti.

 

Təklif edirik:

- Sabit əməkhaqqı;

- Satış nəticələrinə əsasən bonus sistemi;

- Karyera inkişafı imkanları;

- Rahat və peşəkar iş mühiti.

 

İş şəraiti:

İş günləri: I-V günlər;

İş saatı: 09:00-18:00.

Ünvan:

 

Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza

 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində " Online satış və telemarketinq mütəxəssisi " qeyd etməklə göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.