İnsan Resursları üzrə mütəxəssis

 

“AZERA Holdinq”in tərkibində fəaliyyət göstərən “AGRO-LAND-AZ” QSC İnsan Resursları üzrə mütəxəssis vəzifəsinə məsuliyyətli, diqqətli namizədləri komandamıza dəvət edir.

 

Əsas vəzifələr

·      İşə qəbul, əmək müqavilələrinin ƏMAS-da rəsmiləşdirilməsi, kadr əmrlərinin hazırlanması və əmək müqavilələrinə dəyişiklik və xitam proseslərini həyata keçirmək.

·      İşçilərin şəxsi işlərini formalaşdırmaq, tələb olunan sənədlərin tamlığını yoxlamaq və məlumatları aktual saxlamaq;

·      İşçilərin davamiyyət məlumatlarının, işə gəlməmə, gecikmə, icazə, xəstəlik və digər halların sənədləşdirilməsində iştirak etmək;

·      Ştat cədvəli üzrə işçi məlumatlarının, vəzifə və struktur dəyişikliklərinin düzgünlüyünü izləmək;

·      İşçilərin əmək münasibətləri ilə bağlı müraciətlərinin cavablandırılmasında iştirak etmək;

·      Əmək intizamının pozulması halları üzrə izahat, akt, təqdimat və digər sənədlərin hazırlanmasında iştirak etmək;

·      İşçi sayı, işə qəbul, xitam, vakant ştat və digər HR göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək vermək;

·      Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və iş prosesində nəzərə almaq;

·      İşçilərin şəxsi məlumatlarının və HR sənədlərinin məxfiliyini təmin etmək;

·      İnsan Resursları şöbə müdiri tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

 

Namizədə dair tələblər

·      Ali təhsil (İnsan Resu rslarının idarə edilməsi, Menecment, Hüquq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə).

·      İnsan Resurslarının idarə edilməsi və kadr inzibatçılığı üzrə təlimlər üstünlükdür;

·      Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə təlim və sertifikatlar üstünlükdür;

·      ƏMAS üzrə praktiki təlimlər üstünlükdür;

·      İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi. 

·      Azərbaycan dili (əla), Rus dili və İngilis dili (üstünlükdür)

·      Microsoft Office proqramları (Word, Excel, Outlook) – yaxşı səviyyədə;

·      1C ; Elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı;

·      Ofis avadanlıqları (printer, skaner, surətçıxarma aparatı və s.) ilə işləmək bacarığı.

·      Məsuliyyətli, diqqətli və operativ; yüksək təşkilatçılıq, analitik düşüncə, ünsiyyət və komanda işi, vaxtın idarə edilməsi, məxfi məlumatların qorunması və çoxsaylı tapşırıqların paralel idarə olunması bacarığı.

·      Əmək qanunvericiliyinə və daxili prosedurlara ciddi yanaşma.

·      Bəy Namizədlər, Yaş 23–35 arası

 

İş şəraiti

·      İş yeri: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 10/76 (Buzovna xrustalni keçidin yaxınlığı)

·      Əmək haqqı: 800–1000 AZN (NET)

·      İş qrafiki: 6 günlük iş qrafiki (6-cı gün qısaldılmış)

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.