Araz Supermarket MMC -də hazırda SAP modulları üzrə Təcrübəçi vakansiyası aktivdir.

Bu proqram çərçivəsində yalnız SAP proqramını öyrənməyəcək, həm də real biznes proseslərinin necə qurulduğunu, məlumatların necə idarə edildiyini və İT həllərinin biznes ehtiyaclarına necə çevrildiyi öyrədiləcək.

 

Məlumat üçün bildirim ki, işlər 0-dan öyrədiləcək, təcrübə müddəti ərzində nahar və service Şirkət tərəfindən qarşılanacaq.

TƏCRÜBƏ - ÖDƏNİŞLİDİR.

 

Kimləri axtarırıq?

İT, Kompüter Elmləri, İnformasiya Sistemləri, İqtisadiyyat, Maliyyə, Biznesin İdarəedilməsi və ya əlaqəli ixtisaslar üzrə yeni məzun olan;

Analitik düşüncə qabiliyyəti güclü olan;

IT və texnologiyalara maraq göstərən;

Biznes proseslərini anlamağa həvəsli;

Öyrənməyə açıq, araşdırmağı sevən və təşəbbüskar;

SAP haqqında ilkin məlumatının olması üstünlükdür, lakin məcburi deyil.

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər SAP - Təcrübəçi adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.