“Around Group” MMC İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir və peşəkar namizədləri komandamıza qoşulmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
• Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə qarşılıqlı əməkdaşlığın təşkili, tələb olunan hesabatların vaxtında və düzgün təqdim olunması;
• İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam proseslərinin mövcud qanunvericiliyə uyğun şəkildə icrası;
• Struktur və vəzifə dəyişiklikləri, rotasiya və vəzifə artımı ilə bağlı HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdim edilməsi;
• İşçilərin şəxsi iş qovluqlarının (Personal File) formalaşdırılması, arxivləşdirilməsi və mütəmadi yenilənməsi;
• HR məlumat bazasının yaradılması, məlumatların aktuallığının qorunması və dəyişikliklərin vaxtında sistemə daxil edilməsi;
• Gündəlik və aylıq davamiyyətə nəzarət (gecikmə, işə gəlməmə, məzuniyyət, ezamiyyət və s.), müvafiq əmrlərin hazırlanması və hesabatların rəhbərliyə təqdim edilməsi;
• Məzuniyyət qrafiklərinin tərtibi, yenilənməsi və məzuniyyətlərin faktiki istifadəsinə nəzarət;
• Rəhbərlik tərəfindən verilən digər insan resursları üzrə tapşırıqların icrası;
• 1C proqramı ilə işləmə və məlumatların sistemdə düzgün qeydiyyatını aparmaq bacarığı;
Tələblər:
• Ali təhsil (İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi);
• İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə dərin biliklər;
• Elektron hökumət portalları (ƏMAS, DMA, e-gov və s.) ilə işləmə bacarığı;
• Sənədləşdirmə və hesablamalarda yüksək dəqiqlik, məsuliyyət və analitik düşünmə qabiliyyəti;
• Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir;
İş şəraiti:
• İş qrafiki: 09:00 – 18:00;
• İş günləri: 5 günlük iş həftəsi;
• İş yeri: Babək plaza;
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin ediləcək
Müraciət üçün: [email protected]