‘Mühasib’ vakansiyası
‘Road and Construction’ MMC ‘Mühasib’ vakansiyası eland edir
Əsas vəzifələr və öhdəliklər:
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi və gündəlik olaraq 1C proqramına işlənməsi
• Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi, kassa sənədlərinin hazırlanması, mədaxil,məxaric orderlərinin yazılması və gündəlik olaraq 1C proqramına işlənməsi
• E-qaimələrin yazılması
• Müqavilələrin tərtibi
• Göndərilən və gələn e-qaimələrin 1C proqramına işlənməsi
• Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi
• Rəhbərliyin digər tapşırıqlarının vaxtında yerinə yetirilməsi
• Mal-material hesabatlarının işlənməsi
• Vergi bəyannamələrinin tərtib edilməsi
Namizədə dair tələblər:
• Yaş: 20-30 (Kişi namizədlərə üstünlük veriləcək)
• Təhsil: Ali (Mühasibatlıq sahəsində arzuolunandır)
• Exceldə yaxşı səviyyədə işləmə bacarığı
• 1C ilə işləmə bacarığı
• Təcrübə: Müvafiq vəzifə üzrə minimum 1 il
İş barədə məlumat:
Şirkət ünvan: Rusel plaza, Babək pr 10
Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur)
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Mühasib” adını qeyd edərək [email protected] ünvanına CV-ni göndərməkləri xahiş olunur.