İşsiz və işaxtaran şəxslərin nəzərinə!

 

 Bakı Regional Məşğulluq filialı və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində əmək yarmarkası keçiriləcək.

 

 Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

 

 Ünvan və tarix:

 Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 98 (Azərbaycan İdman Akademiyasının ASAPES akt zalı) 

 15 may 2026

 11:00 - 13:00

Qeyd: Bu əmək yarmarkası Azərbaycan İdman Akademiyasının tələbə və məzunları üçün nəzərdə tutulub.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.