Komandamıza Mütəxəssis (İT üzrə Sistem inzibatçısı) axtarışındayıq
Vəzifə öhdəlikləri:
· Server və şəbəkə sistemlərinin qurulması və idarə olunması;
· İT infrastrukturunun fasiləsiz və təhlükəsiz işləməsinin təmin edilməsi;
· Texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması;
· İstifadəçilərə gündəlik texniki dəstəyin göstərilməsi;
· Sistem və məlumat təhlükəsizliyinə nəzarət.
Tələblər:
· Sistem inzibatçısı vəzifəsində 1–3 il iş təcrübəsi;
· Windows Server və şəbəkə texnologiyaları üzrə biliklər;
· Texniki problemlərin analizi və həlli bacarığı;
· Məsuliyyətli, diqqətli və komandada işləmə qabiliyyəti.
Bizim təklif etdiklərimiz:
· 5 günlük iş qrafiki (09:00–18:00);
· Əmək haqqı: 1000-1500 AZN (net);
· Nahar və işə gedib-gəlmə üçün nəqliyyat;
· Şirkət tərəfindən yaşayış yeri ilə təminat;
· İş yeri - Qusar, Şahdağ Turizm Mərkəzi.
Karyeranıza yeni bir istiqamət vermək istəyirsinizsə, bizim komandaya qatılın, CV-nizi [email protected] - a göndərin!