"Barattson" Marketinq komandasına “Qrafik Dizayner” vəzifəsi üzrə vakansiya elan edir.
Marketinq komandamıza qoşulmağa hazırsınız? Əgər yaradıcı düşüncəyə və peşəkar bacarıqlara sahibsinizsə, sizin üçün əla fürsətimiz var.
İşin təsviri:
- Sizdən digər komandalarla əməkdaşlıq etməyiniz və onların ideya və tələblərini müxtəlif dizayn layihələrinə çevirməyiniz tələb olunacaq;
- Reklam bannerlərinin, veb səhifələrin, şirkət loqolarının, brendinq materiallarının və digər tələblərin dizaynında peşəkar təcrübəyə sahib olmalısınız.
Əsas tələblər:
- Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign), Motion proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Vizualları peşəkar və effektiv şəkildə hazırlamaq üçün yaradıclıq bacarığı;
- Əla ünsiyyət və kommunikasiya bacarıqları;
- Vaxtı səmərəli idarə etmək və müstəqil işləmək bacarığı;
- Animasiya və veb-dizayn üzrə biliklər üstünlükdür;
- Süni İntellekt alətləri ilə işləmə bacarığı üstünlükdür.
Şəxsi keyfiyyətlər:
- Kreativ, yaradıcı (fərqli üslubla işləmək)
- Çevik işləmək bacarığı
- Komandada işləmək bacarığı
Təklif etdiyimiz:
- Biz sizə yaradıcı iş prosesinin bir parçası olmaq, dəyərli təcrübə qazanmaq və özünüzü inkişaf etdirmək imkanı təqdim edirik. Həmçinin yüksək keyfiyyətli iş mühiti kimi üstünlüklərdən yararlana biləcəksiniz.
İş qrafiki: 5 iş günü
Əməkhaqqı: Razılaşma yolu ilə
Namizədlərdən CV formalarını və portfellərini [email protected] email ünvanına, mövzu hissəsində mütləq vəzifənin adı “Qrafik Dizayner” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 28 fevral 2026-cı il.