International Tender Specialist Intern axtarırıq

(Bəli, adı uzundur. Özün də qısa müddətdə böyüyəcəksən.)

 

Tələblərimiz demək olar ki, yoxdur. Yəni doğrudan da yoxdur. 

Sadəcə:

• İngilis dili – Advanced (C1 və ya daha yüksək) 🙂

• Microsoft Word və Excel – sənədlərlə dost olmalısan, qorxmamalısan

 

Qalan hər şeyi biz öyrədəcəyik.

 

Amma ən maraqlı hissə budur:

Birbaşa Managing Partner ilə işləyəcəksən.

Yəni tapşırıq “forward olunmuş mail”dən gəlməyəcək — birbaşa qərarverən səviyyədə düşünməyi və işləməyi öyrənəcəksən.

 

Bizdə nə öyrənəcəksən?

• Qlobal tenderlərin necə “oxunduğunu” və necə “qazanıldığını”

• Proposal yazmağın real prinsiplərini (copy-paste yox, strategiya)

• Texniki və kommersiya təkliflərinin hazırlanmasını

• Beynəlxalq layihə sənədləşməsinin incəliklərini

• “Deadline” sözünün əsl mənasını 

 

Əgər sən:

• Araşdırma etməyi sevirsənsə,

• Sənədlərdən qorxmursansa,

• Böyük layihələrin içində olmaq və qərarverənlərlə eyni masada oturmaq istəyirsənsə,

Onda bu vakansiya sənin üçündür.

 

 CV-ni [email protected] ünvanına mövzu hissəsində: "International Tender Specialist Intern" yazaraq göndərə bilərsən.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.