“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində mikrokreditlər üzrə 3 aylıq maaşlı təcrübə proqramı elan edirik!

 

Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!

 

 Proqram haqqında:

· Müddət : 3 ay

· Sahə : Mikrokreditlərin təşkili və idarə olunması

 

 Təcrübə nələri əhatə edir:

· Peşəkar təlimlər (nəzəri və praktiki)

· Baş ofis və filiallarda real təcrübə imkanı

· Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma

· Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq

· Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti

 

Proqram iştirakçılarına nə təklif olunur:

· Təyin olunmuş aylıq ödəniş

· Fərdi inkişaf və təcrübə qazandıracaq mühit

· Gəlcək iş imkanları üçün real zəmin

 

 Kimlər müraciət edə bilər:

· Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır

· Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər

· Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar

 Gələcəyini Rabitəbank ilə qur – indi başla !

 

Müraciət üçün : Başlıq “Mikro kreditlər üzrə təcrübə proqramı” qeyd etməklə [email protected] cv-nizi yönəldirə bilərsiniz!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.