iOS Development sahəsində ilk real addımını atmağa hazırsan?
FitNest komandasında iOS Developer Intern üçün yeni fürsət açıqdır. Swift və UIKit üzrə baza biliklərin varsa, mobil tətbiq inkişafını praktiki şəkildə öyrənmək və real məhsul üzərində işləmək istəyirsənsə, səni komandamızda görmək istərdik.
Səndən gözlədiklərimiz:
Swift və UIKit üzrə baza bilikləri
Auto Layout ilə işləmə bacarığı
TableView / CollectionView haqqında anlayış
REST API, JSON və Codable ilə işləmə
Git / GitHub üzrə baza bilikləri
MVC, View Controller və App Lifecycle anlayışları
Öyrənməyə açıq və komanda işinə uyğun yanaşma
FitNest-də səni nə gözləyir?
Real layihələr üzərində praktiki təcrübə
Peşəkar iOS developer-lardan mentorluq
Tapşırıqlar vasitəsilə davamlı inkişaf imkanı
Biliklərini real layihədə sınamaq və iOS Development istiqamətində inkişaf etmək istəyirsənsə, CV-ni bizə göndər.