Tamstore MMC “Kateqoriya üzrə kiçik mütəxəssis(İdxal üzrə)” vakansiyası üzrə işə qəbul elan edir!
· Məhsulların ERP sistemində tanıdılmasının həyata keçirilməsi və məhsul kartlarının yaradılması;
· Məhsulların qiymətlərinin ERP sisteminə daxil edilməsi, InStore və Insert proseslərinin izlənilməsi və nəzarətdə saxlanılması;
· Müqavilələrin və invoice-ların (hesab-fakturaların) düzgünlüyünün yoxlanılması, izlənilməsi və təsdiq prosesinin koordinasiya edilməsi;
· Məhsulların statuslarının mütəmadi olaraq izlənilməsi və dəyişikliklərinin nəzarətdə saxlanılması;
· Şöbə daxilində həyata keçirilən əməliyyat və inzibati proseslərin effektiv koordinasiyasının təmin edilməsi;
· Məhsul tədarükü ilə bağlı sənədlərin düzgün, tam və vaxtında hazırlanmasına nəzarətin həyata keçirilməsi.
Tələblər:
· Ali təhsil;
· Minimum 6 ay iş təcrübəsi;
· LOGO (Tiger) proqramı ilə işləmək bacarığı;
· Kommunikasiya və danışıqlar aparmaq bacarığı;
· Rus dili biliyi üstünlükdür.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kateqoriya üzrə kiçik mütəxəssis(İdxal üzrə)” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


