Lumusoft MMC – Qrafik Dizayner Təcrübə proqramı
Lumusoft MMC komandamıza inkişaf etmək və real layihələr üzərində təcrübə qazanmaq istəyən Qrafik Dizayner Təcrübəçi axtarır.
Təcrübə müddətində şirkətin öz startup layihələri üzərində çalışacaq, real iş proseslərində iştirak edəcək və peşəkar komanda ilə birlikdə dəyərli təcrübə qazanacaqsınız.
Nələr edəcəksiniz?
Şirkətin mövcud layihələri üçün sosial media postları hazırlamaq;
Veb və mobil tətbiqlər üçün vizual elementlər dizayn etmək;
Banner, reklam materialları və digər qrafik işləri hazırlamaq;
Komanda ilə birlikdə real layihələr üzərində çalışaraq təcrübə qazanmaq.
Tələblər
Adobe Photoshop, Illustrator və ya Figma proqramların bilməsi;
Dizayn prinsipləri və rəng uyğunluğu,modern anlayışlar haqqında baza biliyinə sahib olması;
Kreativ düşüncə və öyrənməyə həvəsli olması;
Portfolio olması üstünlükdür (tədris və ya şəxsi işlər də qəbul edilir).
Təcrübə proqramı
Müddət: 3 ay
Ödəniş: İlk 3 ay ödənişsiz staj proqramıdır.
Staj müddətində namizəd şirkətin real layihələri üzərində çalışacaq və peşəkar təcrübə qazanacaq.
Stajın sonunda göstərilən nəticələr və görülən işlərin keyfiyyəti əsasında əməkhaqqı təyin edilərək namizədlə ödənişli əməkdaşlıq davam etdiriləcək.
Sizə nə qazandıracağıq?
Real layihələr üzərində işləmək imkanı;
Təcrübəli komanda ilə birgə çalışma mühiti;
Güclü portfolio formalaşdırmaq imkanı;
Uğurlu nəticə göstərən namizədlər üçün uzunmüddətli və ödənişli iş imkanı.
Müraciət üçün: CV və portfolionuzu bizimlə paylaşın. Portfolio yoxdursa, hazırladığınız dizayn nümunələrini də göndərə bilərsiniz.
Ofis: Yasamal rayonu, MİDA yaşayış kompleksi.
Email: [email protected]


