Keyfiyyətin Təminatı Mərkəzinin koordinatoru 

 

Əsas vəzifə öhdəlikləri: 

Keyfiyyətin təminatı ilə bağlı rəsmi sənədlərin hazırlanması, struktur bölmələrlə əlaqələndirmə və təhlil aparılması; 

Tədris prosesi ilə bağlı statistik məlumatların toplanması və müvafiq hesabatların hazırlanması; 

Maraqlı tərəflər arasında sorğuların keçirilməsi və hesabatların hazırlanması; 

Semestrlər üzrə tədrisə yeni cəlb olunan müəllimlərinin dərslərinin, o cümlədən aralıq və final imtahanlarının monitorinqinin aparılması 

Fakültələr, departamentlər, şöbələr və digər strukturlar tərəfindən tədris məsələləri ilə bağlı təqdim olunmuş sənədlərin monitorinqinin keçirilməsi və onların tələblərə uyğun hazırlanmasında dəstəyin göstərilməsi; 

Universitetin institusional akkreditasiyasına tələb olunan daxili normativ sənədlərin hazırlanması; 

Mərkəzin icra etdiyi digər fəaliyyətlərdə iştirak edilməsi. 

 

 

Tələb olunan bilik, bacarıq və vərdişlər: 

Təhsil və ya idarəetmə ilə əlaqəli sahə üzrə magistr təhsili;

Təhsil sahəsində ən azı 1 il iş təcrübəsi; 

Azərbaycan Respublikasının Təhsil Qanunu və Təhsil Strategiyası haqqında biliklər; 

MS Office proqramlarında mükəmməl işləmək bacarığı; 

Yüksək səviyyədə yazı, ünsiyyət və təşkilatçılıq bacarıqları; 

Fərdi və komanda mühitində işləmək bacarığı; 

Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; 

İngilis dilində orta səviyyədə danışıq və yazı bacarığı. 

 

Göstərilən tələblərə cavab verən namizədlərin mövzu yerində “Keyfiyyətin Təminatı Mərkəzinin koordinatoru” qeyd etməklə CV-lərini [email protected] email ünvanına göndərməsi xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. 

 

Vakansiyaya son müraciət tarixi: 8 sentyabr 2026-cı il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.