Kontent Koordinator axtarırıq!

Vəzifə öhdəlikləri

-Müştərinin kontent planına uyğun çəkilişləri planlaşdırmaq və koordinasiya etmək.

-Kreativ komanda ilə birlikdə kontent konsepsiyaları, kreativ yanaşmalar, ssenarilər, kadr planları və prodakşn planları hazırlamaq və müştəriyə təqdim etmək.

-Məkan, çəkiliş heyəti, avadanlıq və prodakşn qrafikini koordinasiya etmək.

-Videografiya komandasını kreativ və prodakşn tələbləri üzrə yönləndirmək.

-Çəkiliş prosesinə rəhbərlik etmək və müştəri ilə prodakşn komandası arasında əsas əlaqələndirici olmaq.

-Post-prodakşn, vaxt qrafiki və yekun keyfiyyətə nəzarət etmək.

 

Tələblər

-Detallara diqqətli, məsuliyyətli və yüksək təşkilatçılıq bacarığına malik olmaq.

-Tapşırıqları və son tarixləri müstəqil şəkildə izləyən və təşəbbüskar olmaq.

-Kreativ düşünmək, ideya və həllər təklif etmək bacarığı.

-Güclü məsuliyyət və işə sahiblik hissi.

-Sürətli prodakşn mühitində yüksək kommunikasiya və problem həll etmə bacarığı.

 

Müraciət qaydası

CV və cover letter-inizi [email protected] ünvanına “Content Coordinator” mövzu sətri ilə göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.