Türkiyə-Azərbaycan Universitetində İT mütəxəssisi vəzifəsinə vakansiya elan edilir
Türkiyə-Azərbaycan Universitetində (TAU) İT mütəxəssisi vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
İnformasiya texnologiyaları, kompüter elmləri və ya uyğun ixtisas üzrə ali təhsil;
İT sahəsində azı 3 il iş təcrübəsi;
Windows, MS Office və kompüter avadanlıqları üzrə praktiki biliklər;
Problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı;
Şəbəkə üzrə baza bilikləri;
Azərbaycan, türk və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı.
Öhdəliklər:
Universitetin kompüter və informasiya texnologiyaları infrastrukturunun gündəlik texniki dəstəyini təmin etmək;
İşçi kompüterləri, periferik qurğuları və proqram təminatını quraşdırmaq və sazlamaq;
İstifadəçilərin İT ilə bağlı müraciətlərini qəbul etmək və texniki problemləri həll etmək;
İnformasiya sistemləri və elektron xidmətlərin texniki dəstəyində iştirak etmək;
Kompüter avadanlıqlarının inventar uçotunun aparılmasına və texniki vəziyyətinə nəzarət etmək;
İnformasiya təhlükəsizliyi üzrə müəyyən edilmiş qaydalara riayət olunmasını təmin etmək.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 15.09.2026