"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yerli bölmələrində (Şəki, Zaqatala, Balakən, Qax, Cəlilabad, Biləsuvar, Masallı, Yardımlı, Bərdə, Naftalan, Tərtər, Goranboy, Ağdam, Ucar, Kürdəmir, Göyçay, Zərdab rayonları) Könüllü Təcrübə Proqramı elan edir"

 

İşin təsviri:

·        Müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının idarə edilməsi ilə bağlı tədbirlər görülməsində iştirak edir;

·        Torpaq qanunvericiliyinin tətbiqi ilə bağlı tədbirlər görülməsində iştirak edir;

·        Zəruri qaydalar haqqında vətəndaşların məlumatlandırılması;

·        Digər inzibati işlərin görülməsi.

 

Təcrübə proqramı sizə nələr qazandıracaq?

Real iş mühiti ilə tanışlıq

Təcrübə proqramında iştiraka dair sertifikat

 

Tələblər

·        Ali təhsil;

·        Vətəndaşlarla işləmək bacarığı;

·        Öyrənmə bacarığı;

·        Fərdi və komanda tərkibində işləmə bacarığı;

·       Aktivlik və operativlik.

 

Könüllü Təcrübə Proqramında iştirak etmək üçün özünüz barədə məlumatlarınızı (CV) 30.12.2025-ci il tarixinədək [email protected] elektron poçtuna mövzu yerində "Ərazi bölməsi-təcrübəçi" qeyd edərək göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.