"Mühasibatlıq üzrə aparıcı mütəxəssis" vakansiyası
Vəzifə öhdəlikləri:
• İstehsalat fəaliyyəti üzrə mühasibat uçotunu mövcud qanunvericiliyə uyğun şəkildə aparmaq ;
• ƏDV, Aksiz, ÖMV, Vahid bəyannamə və Mənfəət vergisi bəyannamələrini hazırlamaq, yoxlamaq və elektron qaydada vaxtında göndərmək;
• Vergi hesabatlarının düzgünlüyünü təmin etmək, riskləri əvvəlcədən təhlil etmək və aradan qaldırmaq;
• Elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
• Müqavilələri düzəliş etmək, aktları, hesab fakturaları, protokolları və digər növ mühasibatlıq sənədləri tərtib etmək;
Tələblər:
• İqtisadiyyat, Maliyyə, Mühasibatlıq sahəsində ali təhsil;
• Mühasibatlıq üzrə minimum 3 illik iş təcrübəsi (istehsalat sahəsində təcrübə üstünlükdür);
• ƏDV, Aksiz, ÖMV, Vahid və Mənfəət vergisi bəyannamələrini hazırlamaq və göndərmək bacarığı;
• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
• Məntiqi və analitik düşünmə qabiliyyəti.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri;
• İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.