Vakansiya: Maliyyə Direktoru

 

Şirkət: Cənnət Bağı Şirkətlər Qrupu

İş qrafiki: 6 günlük iş rejimi

Əmək haqqı: Müsahibə əsasında (namizədin bilik və bacarıqlarına uyğun olaraq) təyin olunacaq

Təminat: Nahar şirkət tərəfindən qarşılanır

- Əsas Öhdəliklər:

- Şirkətin maliyyə strategiyasının hazırlanması, idarə edilməsi və biznes hədəflərinə uyğunlaşdırılması;

- Pul axınlarının (Cash Flow), gəlir və xərclərin, balans hesabatlarının düzgün planlaşdırılması və nəzarətdə saxlanılması;

- Büdcə planlaması, proqnozlaşdırma və büdcə icrasının analizi;

- Maliyyə risklərinin qiymətləndirilməsi və minimuma endirilməsi üçün effektiv daxili nəzarət mexanizmlərinin qurulması;

- Rəhbərlik üçün dövri (aylıq, rüblük, illik) analitik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;

- Vergi və mühasibat uçotunun qanunvericiliyə uyğun şəkildə aparılmasına nəzarət;

- Maliyyə və mühasibatlıq komandasının idarə edilməsi və effektiv fəaliyyətinin təşkili.

- Namizədə Dair Tələblər:

- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya audit sahəsində);

- Maliyyə sahəsində minimum 3 il rəhbər idarəedici təcrübə;

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Əmək Qanunvericiliyi üzrə mükəmməl biliklər;

- MS Office (xüsusilə MS Excel yüksək səviyyədə);

- Beynəlxalq sertifikatların (ACCA, CFA, CIMA və s.) olması üstünlükdür;

- Strateji düşünmə, güclü analitik təhlil və komandanı idarəetmə qabiliyyəti. 

 

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Maliyyə Direktoru" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.