QAIA.AZ komandası Partnyorlarla İş üzrə Mütəxəssis axtarır!

 

QAIA MMC Azərbaycanda satınalma və təchizat proseslərini rəqəmsallaşdıran innovativ platformadır. Platforma şirkətlərə qiymət sorğularını (RFQ) avtomatik yaratmağa, təchizatçılardan təklifləri toplamağa və onları vahid məkanda müqayisə etməyə imkan verir. 

 

Vəzifə: Partnyorlarla İş üzrə Mütəxəssis

Əsas vəzifələr:

 Yerli partnyorlarla işin təşkili və koordinasiyası;

 Partnyor şirkətlərlə görüşlərin keçirilməsi və danışıqların aparılması;

 Korporativ qaydalara uyğun yazışmaların həyata keçirilməsi;

 Şirkətin tələblərinə uyğun tərəfdaşlıq əlaqələrinin qurulması və idarə olunması;

 Yeni partnyorların müəyyənləşdirilməsi və əməkdaşlığa cəlb edilməsi;

 Partnyorlarla işin səmərəliliyinin izlənilməsi və hesabatların hazırlanması;

 Partnyorlardan daxil olan müraciətlərin operativ şəkildə icrası.

 

Namizədə tələblər:

 Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

 Ali təhsil;

 MS Office proqramları (Word, Excel, Outlook) üzrə biliklər;

 Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;

 Analitik düşünmə və qərarvermə bacarığı;

 Müştəri və partnyor cəlbetmə, satış yönümlü yanaşma;

 Məsuliyyətlilik, operativlik və nəticəyönümlülük.

 

İş şəraiti:

 Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;

 Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək;

 İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;

 İstirahət günləri: Şənbə və Bazar.

 Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Partnyorlarla İş üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.