AZERA Holdingin tərkibində fəaliyyət göstərən Fruitland-AZ MMC üçün Maliyyə meneceri vakansiyası elan edir.
Vəzifə: Maliyyə meneceri
Struktur bölməsi: Maliyyə Departamenti
İş yeri: Bakı şəhəri, Zirə – Südçülük sovxozu
Namizədə tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya aidiyyəti sahə üzrə)
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
Xarici dil biliyinin olması vacibdir
MS Office, 1C, ERP və LOGO proqramlarında işləmək bacarığı
İdarəetmə və liderlik bacarıqları
Analitik düşüncə və qərarvermə qabiliyyəti
Komandada işləmək və yüksək ünsiyyət bacarığı
Stressə davamlılıq və məsuliyyətlilik
Vəzifə öhdəlikləri:
▫️ Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və idarə olunması
▫️ Maddi, əmək və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi
▫️ Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin uçotunun aparılması
▫️ Gəlir və xərclərin, eləcə də vergitutma obyektlərinin qanunvericiliyə uyğun uçotunun təmin edilməsi
▫️ Vergi və maliyyə hesabatlarının hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilməsi
▫️ Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və maliyyə göstəricilərinin qiymətləndirilməsi
▫️ Cari və perspektiv maliyyə planlarının hazırlanması
▫️ Biznes planların hazırlanması üçün maliyyə məlumatlarının formalaşdırılması
▫️ Xidmətlərin maya dəyərinin hesablanması və gəlirliliyin planlaşdırılması
▫️ Gəlirlərin vaxtında daxil olmasına və ödəniş proseslərinə nəzarət edilməsi
▫️ Bank əməliyyatlarının və hesablaşmaların operativ uçotunun aparılması
▫️ Müqavilələr üzrə ödənişlərin vaxtında icrasının təmin olunması
▫️ Maliyyə vəsaitlərinin hərəkətinin uçotunun aparılması və hesabatların hazırlanması
▫️ Mədaxil-məxaric büdcəsinin və pul vəsaitlərinin planlaşdırılması
▫️ Planlaşdırılmış və faktiki xərclər arasındakı fərqlərin təhlili
▫️ Statistik hesabatların hazırlanması üçün məlumatların təqdim edilməsi
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə Meneceri” [email protected] qeyd etməklə göndərə bilərlər.