Azera Holding-in tərkibində fəaliyyət göstərən Bina Aqro QSC komandamıza Xəzinədar axtarır.

 

 İş yeri: Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük Sovxozu

 Əmək haqqı: 1000 AZN

 

Namizədə tələblər:

 Ali təhsil;

 Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

 1C və MS Office proqramlarında işləmək bacarığı;

 Rus dili biliyi arzuolunandır;

 Məsuliyyətli, çevik, diqqətli və komandada işləmək bacarığı;

 Stressə davamlılıq.

 

Vəzifə öhdəlikləri:

 Pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, uçotu, verilməsi və mühafizəsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;

 Kassa əməliyyatlarının aparılması və kassa sənədlərinin düzgün rəsmiləşdirilməsi;

 Mədaxil-məxaric sənədləri əsasında kassa kitabının aparılması;

 Pul vəsaitlərinin faktiki qalığının yoxlanılması və kassa hesabatlarının hazırlanması;

 Xəzinə əməliyyatlarının icrası və gündəlik nəzarətin təmin edilməsi;

 Kassa sənədlərinin yoxlanılması və arxivləşdirilməsi.

 

Təklif edirik:

 Rəsmi əmək müqaviləsi;

 Stabil iş mühiti;

 Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

 Korporativ və dinamik komanda. 

 

 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.