TƏBİB tabeliyində olan “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Maliyyə şöbə müdiri vəzifəsi üzrə vakant yer elan edir:

 Mövcud iş yeri:

▪️ Yardımlı Rayon Mərkəzi Xəstəxanası

 

Əmək haqqı:

Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 

 Tələb olunan bilik, təcrübə və bacarıqlar:

▪️ Ali təhsil (maliyyə və iqtisadiyyat);

▪️ Sahə üzrə minimum 5 il iş təcrübəsi;

▪️ Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);

▪️ Dil bilikləri: İngilis və rus dili (arzuolunan);

▪️ Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri.

 

 Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

▪️ Komandada işləmə;

▪️ Məsuliyyətlilik;

▪️ Nəticəyönümlülük;

▪️ İntizamlılıq.

 

 İşin təsviri:

▪️ Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət;

▪️ Müəssisənin maliyyə fəaliyyətinin təşkilində iştirak;

▪️ Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət;

▪️ Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi; 

▪️ Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət;

▪️ Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarətin edilməsi;

▪️ İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi;

▪️ Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət;

▪️ Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili;

▪️ Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;

▪️ Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edilməsi;

▪️ Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrinin təmin edilməsi;

▪️ Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət.

 Müraciət qaydası:

CV [email protected] ünvanına göndərilməlidir;

Mövzu sətrində “Yarımlı RMX – Maliyyə şöbəsinin müdiri” qeyd olunmalıdır;

CV-lər 22 yanvar 2026-cı il tarixinə qədər göndərilməlidir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.