TƏBİB tabeliyində olan “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Ümumi şöbənin müdiri vəzifəsi üzrə vakant yer elan edir:
Mövcud iş yeri:
▪️ Yardımlı Rayon Mərkəzi Xəstəxanası
Əmək haqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
▪️ Ali təhsil (İdarəetmə və Humanitar sahələrə üstünlük veriləcək);
▪️ Sahə üzrə 5 il iş təcrübəsi;
▪️ Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
▪️ Qanunvericilik üzrə biliklər:
▪️ “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”;
▪️ Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu;
▪️ Kargüzarlıq işləri və elektron sənəd dövriyyəsi ilə bağlı peşəkar təlimlər arzuolunandır.
İşin təsviri:
▪️ Şöbənin fəaliyyətinin planlaşdırılması və idarə olunmasının təmin edilməsi;
▪️ Şöbəyə daxil olan sənədlərin düzgün qeydiyyatının, saxlanmasının və məxfi məlumatların qorunmasının təmin edilməsi;
▪️ Elektron sənəd dövriyyəsi və kargüzarlıq işlərinin təşkili;
▪️ Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsinin təmin edilməsi;
▪️ Şöbənin daxili qaydalarının və prosedurlarının işlənməsi və onların icrasına nəzarətin təmin edilməsi;
▪️ Təşkilati işlərin və şöbə fəaliyyətinin effektivliyinin artırılması məqsədilə rəhbərliyə təkliflərin hazırlanması.
Müraciət qaydası:
▪️ CV [email protected] ünvanına göndərilməlidir;
▪️ Mövzu sətrində “Yardımlı RMX – Ümumi şöbənin müdiri” qeyd olunmalıdır;
▪️ CV-lər 22 yanvar 2026-cı il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.