Marketinq sahəsində karyerana başlamaq istəyirsən?
Borusan Cat Azərbaycanda Marketinq üzrə Təcrübə Proqramına qoşulmaq üçün müraciətlər açıqdır!
Bu proqram çərçivəsində sən:
• Marketinq kampaniyalarının planlaşdırılması və icrasında iştirak edəcəksən;
• Satış və marketinq məlumatlarının analizi üzrə praktiki təcrübə qazanacaqsan;
• Tədbirlərin, promoların və sosial media fəaliyyətlərinin təşkilində iştirak edəcəksən;
• Təcrübəli komanda ilə birlikdə real biznes layihələrində çalışacaqsan.
• Daxili şöbələr və müştərilərlə kommunikasiyada iştirak edəcək, koordinasiya proseslərinə dəstək olacaqsan;
Axtardığımız namizəd:
• Marketinq və ya Biznesin İdarəedilməsi üzrə təhsil alan;
• Öyrənməyə açıq və təşəbbüskar;
• Azərbaycan və İngilis dillərini bilən;
• Excel və PowerPoint proqramlarından istifadə bacarığı olan.
Bu tam ştat (40 saat/həftə) təcrübə proqramıdır və gələcəkdə daimi iş təklifinə çevrilə bilər.
Karyerana güclü başlanğıc etmək istəyirsənsə, müraciət etməyi unutma!
Müraciət etmək istəyən namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.


