“Peşə təmayüllü siniflər” layihəsi 2026–2027-ci tədris ili üçün “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulu elan edir!

 

Namizədə tələblər:

* Ali təhsil;

* Minimum 1 il iş təcrübəsi;

* Azərbaycan dilində səlis danışıq qabiliyyəti;

* Ofis proqramları və Google Drive alətləri ilə işləmək bacarığı;

* Layihələrin idarə olunması sahəsində təcrübə;

* Güclü ünsiyyət və kollektivlə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

* Layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması;

* Sinif kollektivi ilə sistemli işin təşkili;

* Layihə dərslərini tədris edən müəllimlərin fəaliyyətinin idarə olunması, onlara pedaqoji və müvafiq dəstəyin göstərilməsi;

* Şagirdlərə peşəyönümü və karyera seçimi istiqamətində dəstək göstərilməsi;

Reklam

* Əsas səriştələr fənninin tədris edilməsi;

* Tədris prosesinin təşkil olunması;

* Hesabatların hazırlanması;

* Layihə əməkdaşları tərəfindən verilən tapşırıqların vaxtında və tam şəkildə yerinə yetirilməsi.

 Önəmli qeyd: Bir namizəd yalnız bir ümumi təhsil müəssisəsinə müraciət edə bilər. Bir neçə dəfə qeydiyyatdan keçən namizədlərin yalnız birinci müraciəti nəzərə alınacaq.

Qeyd olunan tələblərə uyğun olan və müraciət formasını düzgün tamamlayan namizədlər imtahana dəvət ediləcəklər.

Təhsili təsdiq edən sənəd müraciət formasına yalnız bir fayl PDF şəklində yüklənməlidir. Yüklənən faylın həcmi 10 MB-dan çox olmamalıdır.

İmtahanın tarixi və keçirilmə yeri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

Müraciət etmək üçün aşağıda qeyd olunan keçidə daxil olaraq, yaşadığınız bölgəyə yaxın məktəbi seçməklə anketi doldurmaq lazımdır

 Müraciət linki: LİNK

Son müraciət tarixi: 28 iyul 2026-cı i

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.