Komandamıza marketinq üzrə mütəxəssis axtarışındayıq.
Tələblər:
- Marketinq, biznes və ya əlaqəli sahə üzrə ali təhsil
- Minimum 1 il iş təcrübəsi (IT və ya xidmət sektorunda üstünlükdür)
- Yaradıcı yanaşma, analitik düşüncə və nəticəyönümlülük
- Dizayn proqramları ilə işləmə bacarığı (Canva, Photoshop və s.)
Öhdəliklər:
- Bazar və rəqib araşdırmalarının aparılması, qiymət siyasətinin izlənməsi və nəticələrin hesabat şəklində təqdim olunması
- Şirkətin sosial media hesablarının (xüsusilə Instagram) idarə olunması: post dizaynlarının hazırlanması, paylaşımların planlanması, rəylərin və sorğuların cavablandırılması
- Müştəri zənglərinə və sosial şəbəkə üzərindən müraciətlərə operativ cavab verilməsi
- CRM cədvəlinin işlənilməsi və müştəri məmnuniyyətinə diqqət göstərilməsi
- Şirkətin vebsaytında məhsulların yerləşdirilməsi, mövcud kontentin mütəmadi yenilənməsi
- Tədbirlər, sərgilər və promo aksiyaların təşkili, tərəfdaş və podratçılarla koordinasiya
- Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının sifarişi, dizayn və istehsal proseslərinə nəzarət
- Marketinq materiallarının hazırlanması və vaxtında çatdırılmasına nəzarət
- Təqdimatlar və prezentasiyaların hazırlanması, dizayn olunması və rəhbərliyə təqdim edilməsi
- Marketinq şöbəsinin fəaliyyəti çərçivəsində qarşıya çıxan digər gündəlik məsələlərin operativ həllini həyata keçirir.
- Satış və digər əlaqədar şöbələrlə koordinasiyanın təmin olunması
Şəxsi keyfiyyətlər:
- Diqqətli;
- Məsuliyyətlilik;
- Məqsədyönlülük;
- Loyallıq və punktual olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” sözünü qeyd edərək [email protected]ünvanına göndərsinlər.